“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Beynəlxalq sərnişin qatarlarına bilet satışı 30 gün qalmış başlayacaq.
Beynəlxaq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, 08.06.2019-cu il tarixdən etibarən beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.