“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.
Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata
əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi
fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının
hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır. Bu qərara
əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-
Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin
qatarları 21 aprelədək hərəkətdə olmayacaq.
Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik
qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə
olacaq.