Azərbaycanın bir sıra iri şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimində kommunal xidmətlə bağlı vətəndaşların problemlərinin həlli mexanizmi müəyyənləşib.
“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.
“Sərt karantin günlərində kommunal xidmətlə bağlı kəsinti yaradılan vətəndaşlar da müvafiq qaynar xətt xidmətinə düşə bilməsələr, bizim 108 xidmətinə zəng edə bilərlər. Biz onları əlaqələndirəcəyik”, – o bildirib.