Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Türkiyəyə 3,3 trilyon dollarlıq sərmayə ayırmağı hədəfləyir.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Əl-Falih bildirib.
Məlumata əsasən, Əl-Falih iki ölkənin daşınmaz əmlak, turizm, mənzil, sənaye, kənd təsərrüfatı, qida və mədənçilik kimi müxtəlif sektorlarda əməkdaşlıq edərək böyük layihələrə nail ola biləcəklərini vurğulayıb.
Bundan əlavə, o, S.Ərəbistanındakı Türk şirkətlərinin sayının artırılmasında maraqlı olduğunu bildirib.
Xatırladaq ki, Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib.
Qeyd edək ki, Türkiyə prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.