Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin itkin düşən jurnalistlə bağlı verdiyi göstərişin üstü açılıb

Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudin ölkəsinin Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı verdiyi göstərişin üstü açılıb.

“Report” xəbər verir ki, bunu “Washington Post”a ABŞ kəşfiyyatındakı mənbə bildirib.

Qəzet yazıb ki, vəliəhd şahzadə jurnalist C.Qaşıqçının şirinikləndirilərək ələ alınması və saxlanılması barədə əmr veribmiş.

C.Qaşıqçının dostları bildiriblər ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda yaxın dairə jurnalistə Səudiyyə Ərəbistanına qayıdacağı halda yüksək dövlət vəzifəsi və cangüdənlə təmin olunmağı vəd edibmiş.

ƏvvəlkiNovruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib
NövbətiCyberCup_300