Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında “SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır. Bu layihə 20 hektar ərazidə tikiləcək və 2026-cı ildə açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktoru Nihad Məcidov bildirib. O deyib ki, innovasiya klasterində universitet kampuslarının, elmi-tədqiqat laboratoriyalarının, texnologiya transferi mərkəzinin və innovasiya ekosisteminin və digər iştirakçıların bir fiziki məkanda məskunlaşması nəticəsində sinerjinin əldə olunması hədəflənir.
“SABAH.city” insan kapitalının inkişafını, iş yerlərinin yaradılmasını, elmi tədqiqatların kommersiyalaşmasını və bilik transferini dəstəkləyərək Azərbaycanın innovasiya ekosisteminin episentrinə çevrilmək potensialına malikdir.
Layihə Azərbaycan gəncləri arasında maraqla qarşılanır və burada iştirakçıların sayı da artıq olacaq.