Mayın 31-də Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclas yerli vaxtla saat 15:30-da başlayacaq. Hazırkı nazirlər yeni kabinetdən əvvəl sonuncu dəfə iclasda iştirak edəcəklər.