Sabah Xətai rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik  qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, iyulun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

ƏvvəlkiTovuz bölgəsinin neolit dövrü abidələrində kompleks arxeoloji tədqiqatlar davam edir
NövbətiElmar Vəliyevə qarşı terrorla bağlı daha 11 nəfər saxlanıldı