Sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinə qadağa qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
A.Rzayev bildirib ki, parklanma sahəsində də müvafiq tədbirlər görüləcək. Çünki bu, şəhərdə səliqəlilik yaratmaq, pozuntuların qarşısını almaq üçün çox vacibdir.
Onun sözlərinə görə, şəhərdəki parklar arasında kompleks əlaqəlilik istiqamətində də müəyyən işlər görülür.