Sabahdan ölkəmizdə Novruz tətili başlayır

Sabahdan ölkəmizdə Novruz bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.

Türk.az-ın məlumatına görə, Azərbaycanda bayrama görə bir həftə iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 20, 21, 22, 23 və 24 mart Novruz bayramıdır.

Əmək Məcəllləsində əsasən, 23 mart şənbə, 24 mart bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart da qeyri-iş günüdür. Martın 27-də rəsmi tətil başa çatır.

Beləliklə, bu il Novruz bayramında bir həftə iş olmayacaq.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
NövbətiZakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib