Şagird sayı 500-dək olan 387 məktəbdə direktor vəzifəsi vakantdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ilin əvvəlindən bu məktəblərə direktorların işə qəbulu üzrə müraciət edən 1476 iddiaçıdan 601 nəfəri uğur qazanıb. Bu günlərdə müsahibə mərhələsinə başlanılacaq.
“Şagird sayı 500-dən çox olan ümumtəhsil müəssisələrində direktorların işə qəbulu üzrə min nəfərə yaxın namizəd iştirak edib. Qeydiyyat prosesi mayın 17-də yekunlaşacaq”, – deyə nazir bildirib.