Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəldi

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Artıq zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

“Qafqazinfo”nun məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O qeyd edib ki,  Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması  məqsədilə 2019-cu ilin mayında  Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14 -ə çatıb.

ƏvvəlkiTürkiyədə koronavirusa 2 000-ə yaxın yoluxma qeydə alındı
NövbətiJurnalistlər binası ilə bağlı Prezidentə müraciət – Mənzillər geri alınsın