Milli Məclisin yaz sessiyasında 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin sədri Sahibə Qafarova yaz sessiyasının son iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilib.
“Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Məhz o illərdən Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub. Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusunun 100 illiyi ilə əlaqədar Milli Məclisin sessiyasında daha bir xüsusi iclası keçirilib”, – deyə Sahibə Qafarova qeyd edib.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.