Elm və Təhsil Nazirliyi “Salam məktəb” kampaniyasına başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sosial media hesablarında məktəb, müəllim və övladlara aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşmaq mümkündür.
Kampaniya oktyabrın 1-dək davam edəcək.