Salome Zurabişvil və Bidzina İvanişvili Gürcüstanın ən mənfi imicli siyasətçiləridir

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə Prezidenti Salome Zurabişvili qazanıb.

Türk.az xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.

Belə ki, rəyi soruşulanların 70%-i dövlət başçısının fəaliyyətini mənfi, yalnız 23%-i isə müsbət qiymətləndirib.

Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Onun işini respondetlərin 66%-i mənfi, 4%-i isə müsbət qiymətləndirib.

Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili tutub. Sorğuda iştirak edənlərin 57%-i partiya liderinin fəaliyyətini mənfi, 32%-i isə müsbət kimi dəyərləndirib.

Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. O, 57% müsbət, 36% mənfi rəy alıb. Tbilisi meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir. Rəyi soruşulanların 49%-i onun fəaliyyətini müsbət, 42%-i isə mənfi qiymətləndirib.

Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.

ƏvvəlkiDağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los-Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
NövbətiZaur Axundov: “Yurçeviçin millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər”