Salyanda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.
Türk.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Belə ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov “KaMAZ” markalı yük maşınının altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı raşdırma aparılır.