“Salyanda qaz partlayışı nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb”.
Bu barədə “Report”un Aran bürosuna Salyan Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilib ki, rayonun Qarabağlı kəndində baş hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, iki nəfərin vəziyyətlərinin isə orta-ağırdır:
“Hadisə zamanı xəsarət alan, ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanlar ana və oğlunun vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir”.