Şamaxıda “Azərişıq” ASC-nin əməkdaşını elekrtrik cərəyanı vuraraq öldürüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1966-cı il təvəllüdlü Dəmirov Arif Həmid oğlu elə hadisə yerində dünyasını dəyişib.
Şamaxı sakinlərindən “Report”un yerli bürosuna bildirilib ki, Arif Dəmirov qəsəbə ərazisində elektrik təsərrüfatında çalışarkən ehtiyatsızlıq edib və onu yüksək gərginlikli cərəyan vuraraq öldürüb. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.