“Taksi” filminin baş rolunun ifaçısı Sami Naseriyə Moskvada hücum olub.
Türk.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.
Agentlik 57 yaşlı Naserinin “Vois” adlı barda hücuma məruz qaldığını bildirib. O, naməlum şəxslər arasında yaranan münaqişə zamanı üzündən zərbə alıb. Bundan sonra xəstəxanaya müraciət edib və qapalı kəllə-beyin travması aldığı müəyyən olunub.
Hazırda Rusiya Daxili İşlər Nazirliyi Naseriyə hücum edənin kimliyini müəyyən etməyə çalışır.