Azərbaycanın Samux rayonunda 3,6 bal gücündə zəlzələ olub.
Respublika Seymoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.