Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə – Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss edilməyib.