“Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.
Aİ və onun tərəfdaşları buna birlik, möhkəmlik və həmrəyliklə qətiyyətlə reaksiya verəcəklər”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında yazıb.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Rusiyaya xəbərdarlıq edib.
“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”, – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
“Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”, – o bildirib.
Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.