Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında deyilir.
Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək.
Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.
2019-cu il iyulun 2-də Brüsseldə Avropa İttifaqının sammitində Şarl Mişel ilk dəfə Şuranın Prezidenti olub. Dekabrın 1-də o, növbəti 2 ilyarım üçün vəzifəsinin icrasına başlayıb.