Şimali Koreya Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşən Keson şəhərində koronavirus infeksiyası ilə əlaqədar karantin rejimi tətbiq edib.
Trend-in məlumatına görə, şəhərdə sakinlər testdən keçirilir və fərdi qoruyucu vasitələrlə təmin edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Koreyada bir nəfərdə koronavirusun aşkar edildiyi elan olunmuşdu. Həmin şəxsin bir müddət əvvəl Cənubi Koreyadan geri qayıtdığı bildirilib.
Ölkə rəhbəri Kim Çen In bölgədə fövqəladə vəziyyət elan edib.