Türk.az rusiya mətbuatına istinadən xəbər verir ki, “Lazarus” adlı xaker qrupu kriptobirjanın korporativ şəbəkəsinə “Celas Trade Pro” zərərverici tətbiq yükləyiblər.
Belə ki, xakerlər treyderlərə e-mail göndərərək həmin tətbiqi yükləməyi təklif ediblər. İstifadəçi tətbiqi yükləyəndən sonra kompüter “Fallchill” troyanı ilə yoluxub. Beləliklə, xakerlər treyderin məlumatlarını əldə edib, onun kriptovalyutalarını ələ keçirməyə nail olublar.