Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə Şirvan şəhərində könüllü qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq sakinlər gün ərzində Mərkəzi Qan Bankının Şirvan bölməsinə yaxınlaşaraq qan veriblər.
Aksiya zamanı əvvəlcədən həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.