“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi Şabranda tədbir keçirib

Cari ilin 11 sentiyabr tarixində “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Şabran rayonu Heydər Əliyev Mərkəzində  “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbir “Khazar Palace”  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Xəyal Bəşirov iştirakçılara layihənin mahiyyəti, əhəmiyyəti, tətbiqi xüsusiyyətləri və əldə oluna biləcək müsbət nəticələri barədə ətraflı məlumat vermişdir. O, layihə barədə məlumat verərkən bununla bağlı xarici ölkələrin təcrübəsi, müvafiq sahədə mövcud olan beynəlxalq sənədlərin, tövsiyələrin tələblərini iştirakçıların diqqətinə çatdırmışdır.

Daha sonra tədbirdə layihənin icrasına cəlb edilmiş ekspertlər çıxış edərək “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət  müdafiəsi” mövzusu üzrə əhəmiyyətli məqamlar barədə məlumat vermişdirlər.

Belə ki, Ekspert Ramal Ağayev dövlət və özəl sektordakı təşkilatlar tərəfindən məlumatvermə sisteminin tətbiqinin ictimai maraqların qorunmasında, hüquq və azadlıqların müdafiəsində, sağlam sosial mühitin qurulmasında əhəmiyyəti, həmçinin hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi, onun təmin olunmasının zəruriliyi, hüquqi və praktiki müdafiə mexanizmləri barədə geniş məlumat vermiş, mövzu ilə əlaqədar digər məsələlərə toxunmuşdur.

Ekspert Şaban Nəsirov isə hüquqpozmalar barədə məlumatvermənin korrupsiya hüquqpozmalarının qarşısının alınmasında rolu barədə məsələlərə aydınlıq gətirmiş, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin sərəncamını diqqətə çatdırmaqla milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını söyləmişdir. O, həmçinin dövlət başçısı tərəfindən 2013-cü il 22 noyabr tarixində imzalanan “İctimai iştirakçılıq haqqında” Qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını bildirmişdir. Qeyd etdi ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert eyni zamanda Qanunda bəzi boşluqların olduğunu, bununla belə ictimai şuranın nüfuzunun artırılması üçün qanuna düzəlişlər edilməsi barədə təkliflərin hazırlandığını bildirmişdir.

Yekunda layihə rəhbəri tədbirin keçrilməsi üçün yaratdığı şəraitə görə Şabran rayon icra hakimyyətinin başçısına və əməkdaşlarna dərin təşəkkürnü bildirdi.

ƏvvəlkiElm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək
Növbəti“Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi: Xüsusi təyinatlılar praktiki məşqləri yerinə yetirirlər