SOCAR-da “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib

SOCAR-ın baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR-ın məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar SOCAR-ın baş ofisində “Azərbaycan Nefti” sərgisi ilə tanış olublar. Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib.

İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Mahal Mehdiyev tədbirdə çıxış edərək, SOCAR-da işə qəbul prosesi barədə məlumat verib. Mahal Mehdiyev SOCAR-da işə qəbulun Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra SOCAR-ın Biznes etikası və anti-korrupsiya şöbəsinin rəisi Teymur Əliyev şirkətin yeni “Biznes etikası və davranış” kodeksindən bəhs edən təqdimatla çıxış edib.

Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.

ƏvvəlkiTəltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib
NövbətiAzərbaycan və Romanın Milli İncəsənət muzeylərinin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb