SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

ƏvvəlkiQuba rayonu ərazisində meteoroloji dopler radar quraşdırılıb
NövbətiTürkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb