Koronavirus (COVID-19) pandemiyası ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ilə bağlı işlərin gecikməsinə səbəb olsa da, müəssisədə yenidənqurma işləri dayandırılmayıb.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Məlumata görə, zavodda yeni qurğuların ardıcıl istismara verilməsi istehsal olunan benzinin keyfiyyətinin yüksəlməsinə, daha təmiz ekoloji mühitin yaranmasına təkan verəcək.