Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb.
Mərkəzdən APA-ya verilən xəbərə görə, insan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində, yaşadığı dövrün eybəcərliklərini, cəhalət və savadsızlığın törətdiyi tragikomedik səhnələri kəskin satira atəşinə tutur.
Yazıçının kitaba daxil edilən “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi, iyirmidən çox hekayəsini dilimizə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.