Bu il Azərbaycanda doğulan uşaqların sayı məlum olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,0 təşkil edib.