Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 108 yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 min 865 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 228 nəfər müalicə olunaraq sağalıb, 9 min 925 nəfər vəfat edib. Aktiv xəstə sayı 712 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 863, bu günə qədər isə ümumilikdə 7 milyon 264 min 95 test icra olunub.