Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 112 yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 536 nəfər müalicə olunaraq sağalıb, 9 mın 647 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 105 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 153, bu günə qədər isə ümumilikdə 6 milyon 656 min 940 test icra olunub.