Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 116 yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 771 nəfər müalicə olunaraq sağalıb, 9 mın 651 nəfər vəfat edib. Aktiv xəstə sayı 982 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 144, bu günə qədər isə ümumilikdə 6 milyon 662 min 84 test icra olunub.