Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 min 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 min 396 nəfər müalicə olunaraq sağalıb, 9 min 558 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 929 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 942, bu günə qədər isə ümumilikdə 6 milyon 611 min 402 test icra olunub.