Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 7 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, bu günə qədər isə ümumilikdə 7 milyon 507 min 868 test icra olunub.