Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 161 yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 820 min 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 597 nəfər müalicə olunaraq sağalıb, 9 min 903 nəfər vəfat edib. Aktiv xəstə sayı 1323 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 484, bu günə qədər isə ümumilikdə 7 milyon 236 min 764 test icra olunub.