Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 164 yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 min 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 181 nəfər müalicə olunaraq sağalıb, 9 min 910 nəfər vəfat edib. Aktiv xəstə sayı 1071 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 54, bu günə qədər isə ümumilikdə 7 milyon 245 min 111 test icra olunub.