Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 min 345 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 63 nəfər müalicə olunaraq sağalıb, 10 min 160 nəfər vəfat edib. Aktiv xəstə sayı 122 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 511, bu günə qədər isə ümumilikdə 7 milyon 552 min 99 test icra olunub.