Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb. On beş nəfər müalicə olunaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 961 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 477 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 milyon 432 min 722 test icra olunub.