Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 864 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1752, bu günə qədər isə ümumilikdə 6 milyon 836 min 568 test icra olunub.