Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə, ümumilikdə 792 min 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 332 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 202 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 453, bu günə qədər isə ümumilikdə 6 milyon 743 min 461 test icra olunub.