Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 944 nəfər müalicə olunaraq sağalıb, 10 min 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 153 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 980, bu günə qədər isə ümumilikdə 7 milyon 503 min 34 test icra olunub.