Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 234 yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 819 min 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 min 433 nəfər müalicə olunaraq sağalıb, 9 min 881 nəfər vəfat edib. Aktiv xəstə sayı 1810 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 929, bu günə qədər isə ümumilikdə 7 milyon 209 min 734 test icra olunub.