Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 259 yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 819 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 362 nəfər müalicə olunaraq sağalıb, 9 min 893 nəfər vəfat edib. Aktiv xəstə sayı 1592 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 856, bu günə qədər isə ümumilikdə 7 milyon 221 min 407 test icra olunub.