Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 821 min 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 929 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 813 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1580, bu günə qədər isə ümumilikdə 7 milyon 256 min 426 test icra olunub.