Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 266 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 266 yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 min 629 nəfər müalicə olunaraq sağalıb, 9 min 854 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 379 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 875, bu günə qədər isə ümumilikdə 7 milyon 193 min 925 test icra olunub.

ƏvvəlkiAzərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək
NövbətiSentyabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 1234 doza vaksin vurulub