Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 63 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 196 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 151 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 807, bu günə qədər isə ümumilikdə 6 milyon 945 min 598 test icra olunub.