Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 274 yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 817 min 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 min 170 nəfər müalicə olunaraq sağalıb, 9 min 852 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 574 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 252, bu günə qədər isə ümumilikdə 7 milyon 191 min 50 test icra olunub.